Gədəbəydə qəza: 1 ölü, 7 yaralı

Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AutoCity.az-ın məlumatına görə, hadisə rayonun Slavyanka kənd ərazisində qeydə alınıb. 

Mikroavtobusla VAZ markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb. Həmin şəxs Şəmkir rayon sakini, 23 yaşlı Səfərov Azər Bayram oğludur. Daha 7 nəfər - 1967-ci il təvəllüdlü Şəhla Şəmilova, 1963-cü il təvəllüdlü Ağa Ələkbərov, 1996-cı il təvəllüdlü Solmaz Sadıqova, 1964-cü il təvəllüdlü Mənzər Məmmədəliyeva, 2002-ci il təvəllüdlü Coşqun Abbasov, 1985-ci il təvəllüdlü Sahil İsmayılov, 1985-ci il təvəllüdlü Emin Budaqov isə xəsarət alaraq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır ("Report").

RƏY BİLDİRİN