Kenqurular yola çıxdı, yürüş dayandı - VİDEO

Avstraliyada "Baterstin 12 saatı" adlı avtomobil yarışı iştirakçılarının məşqi zamanı qırmızı bayraqlar asılıb və mübarizə dayandırılıb.

AutoCity.az-ın məlumatına görə, səbəb iki kenqurunun trasa girib qaçması olub.

Fevralın 2-də "Maunt Panorama" trasında start götürəcək marafonda "Mercedes-AMG GT4" sportkarı debüt edəcək. Bu maşınlardan birini məşhur "Formula 1" konstruktoru Edrian Nyuinin oğlu Harrison Nyui idarə edəcək.

Yürüşün hazırkı qalibləri "Earl Bamber Motorsport"dan Mett Kembell, Dennis Olsen və Dirk Vernerdir. 

 

RƏY BİLDİRİN