Sabiq deputatımız qəzaya düşdü - FOTOLAR

Milli Məclis deputatlığına namizəd Nazim Bəydəmirli yol qəzasına düşüb.

AutoCity.az-ın xəbərinə görə, bu barədə N.Bəydəmirlinin özü sosial şəbəkədə məlumat yayıb.

O, Gədəbəy rayonunun İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən rayonun Fərzalı kəndində avtomobil qəzasına düşüb.

Qəza zamanı avtomobilə ciddi ziyan dəyib.

Nazim Bəydəmirlinin deputatlığa namizədliyi 104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən qeydə alınıb. O, 2005 - 2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub ("Report"). 

  • Sabiq deputatımız qəzaya düşdü- FOTOLAR
  • Sabiq deputatımız qəzaya düşdü- FOTOLAR
  • Sabiq deputatımız qəzaya düşdü- FOTOLAR
  • Sabiq deputatımız qəzaya düşdü- FOTOLAR

RƏY BİLDİRİN