"Formula E"nin yeni görüntüləri - VİDEO

"Formula E"nin 2020/2021 mövsümündə hazırkı maşınları əvəzləyəcək ikinci nəsil avtomobilin görüntüləri açıqlanıb.  

AutoCity.az-ın məlumatına görə, yeni bolidin ön qanadları fərqli olacaq. Maşının korpusunda akula üzgəci, arxa qanadında isə xüsusi köməkçi elementlər peyda olub. 

Hazırda "Formula E"nin 6-cı mövsümü davam edir. 3 mərhələnin yekununda şəxsi hesabda Stoffel Vandorn liderliyini qoruyur. Hərçənd, o, heç bir yürüşün qalibi ola bilməyib. 

2014-cü ildən avtomobil idmanı təqvimində yer alan birinciliyin qalibləri Kiçik Nelson Pike, Sebastyen Buemi, Lukas di Qrassi və iki dəfə Jan-Erik Vörn olub. 

  • "Formula E"nin yeni görüntüləri- VİDEO

RƏY BİLDİRİN