Ronaldunun yubileyinə "Geländewagen" hədiyyəsi - VİDEO

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronalduya 35 illik yubileyi münasibətilə dostları və yaxınları yeni avtomobil hədiyyə edib. 

AutoCity.az-ın məlumatına görə, hədiyyənin təqdim olunduğu anları portuqaliyalı hücumçunun xanımı Corcina Rodriges şəxsi "Instagram"ında paylaşıb. O, videoya "Həyatımın kişisini təbrik edirəm" yazıb. 

Ronaldu restorandan çıxışda böyük qırmızı sarğı ilə bəzədilmiş "Geländewagen" görüb. Təcrübəli forvard hədiyyəyə görə çox sevinib və onu portuqalca təbrik edən yaxınlarına minnətdarlığını bildirib. 

Qeyd edək ki, bu mövsüm Kriştianu Ronaldu klub səviyyəsində 27 oyuna 22 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayınadədir.  

RƏY BİLDİRİN