Ər avtomobillə arvadının üzərindən keçdi

Bakıda bədbəxt hadisə baş verib. 

AutoCity.az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Ər yaşadığı binanın həyətində idarə etdiyi avtomobillə həyat yoldaşı, 1999-cu il təvəllüdlü Tapdıqbəyli Aysel Namiq qızının üzərindən keçib.

Qadın təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır. 

RƏY BİLDİRİN