Bakı nəqliyyatında yenilik - FOTOLAR

Bakının ictimai nəqliyyatında daha bir yeniliyin tətbiqinə başlanılıb. 

Bakı Nəqliyyat Agentliyindən AutoCity.az-a verilən məlumata görə, artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri bilgilər ötürülür. Sürücülər onlara Mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı" cihazları vasitəsilə əldə edir.

İlk belə məlumatlandırma bu gün həyata keçirilib. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.

  • Bakı nəqliyyatında yenilik- FOTOLAR
  • Bakı nəqliyyatında yenilik- FOTOLAR
  • Bakı nəqliyyatında yenilik- FOTOLAR
  • Bakı nəqliyyatında yenilik- FOTOLAR
  • Bakı nəqliyyatında yenilik- FOTOLAR
  • Bakı nəqliyyatında yenilik- FOTOLAR
  • Bakı nəqliyyatında yenilik- FOTOLAR

RƏY BİLDİRİN