Suya düşən maşın buz bağladı - VİDEO

Türkiyənin Adana vilayətinin Tufanbeyli qəsəbəsində yoldan sü gölməçəsinə düşən avtomobil buz bağlayıb. 

AutoCity.az xəbər verir ki, hadisə maşının sürüşərək buzlu yoldan kənara çıxması nəticəsində baş verib. Sürücü canını çətinliklə qurtarsa da, maşın suyun içində qalıb. Az sonra avtomobil 18 dərəcə soyuq temperaturda buza bürünüb. Çarəsiz sürücü başqa bir maşınla evinə yollanıb. 

Qeyd edək ki, Tufanbeylidə soyuq havanın 3 gün davam edəcəyi bildirilir.  

RƏY BİLDİRİN