Ulduz futbolçunun avtomobili oğurlandı

Braziliyanın “San-Paulu” klubunda çıxış edən ulduz futbolçu Daniel Alveşin avtomobili oğurlanıb. Autocuty.az yerli mətbuata istinadən xəbər verir ki, avtomobilini duracaqda saxlayan Alveş geri qayıdarkən maşının yerində olmadığını görüb. Məsələ ilə bağlı araşdırma aparan yerli polis oğruların duracağa nəzarət edən mühafizəçini təhdid edərək, Alveşin maşınını oğurladıqlarını bildirib.

Karyerası ərzində İspaniyanın “Sevilya” və “Barselona”, İtaliyanın “Yuventus” və Fransanın PSJ kimi klublarında çıxış etmiş Dani Alveş 2019-cu ilin yayından “San-Paulu”nun formasını geyinir.

 

RƏY BİLDİRİN