"Mercedes"in yeni görüntüsü - FOTOLAR

"Formula 1"də çıxış edən "Mercedes" komandası 2020-ci il mövsümü üçün yeni avtomobilinin ilk görüntülərini paylaşıb.

AutoCity.az xəbər verir ki, yeni bolid əvvəlki dizayndan ciddi fərqlənmir. Komandanın tərkibi də dəyişilməz qalıb. Mübariz pilotlar qismində yenə britaniyalı 7 qat dünya çempionu Lüis Hemilton və finlandiyalı Valtteri Bottas qalıb.

Qeyd edək ki, "Mercedes" 2014-cü il mövsümündən etibarən "Formula 1"də hegemonlq edir. Almaniya komandası turbomotorların çempionata qayıtmasının ardından son 6 mövsümdə 6 dəfə Konstruktorlar kubokunu qazanıb. "Mercedes" pilotları da eyni sayda dünya çempionu olublar. Titulların 5-i Hemiltonun, 1-i isə 2016-cı ildə idmanla vidalaşan Niko Rosberqin hesabındadır.

Qeyd edək ki, "Formula 1"də mövsümün ilk Qran-prisi 13 - 15 martda Avstraliyada keçiriləcək.

  • "Mercedes"in yeni görüntüsü- FOTOLAR
  • "Mercedes"in yeni görüntüsü- FOTOLAR
  • "Mercedes"in yeni görüntüsü- FOTOLAR

RƏY BİLDİRİN