Ağstafada qəza: Ölən və yaralılar var

A​​​​​ğstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AutoCity.az-ın məlumatına görə, hadisə Saloğlu yolunda qeydə alınıb.

Sürücü idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarına aşıb.

Qəza nəticəsində bir ailənin üzvü - 1959-cu il təvəllüdlü İsmayılova Sara Əsəd qızı, 1987-ci il təvəllüdlü İsmayılova Gülnar Malik qızı, 1986-cı il təvəllüdlü İsmayılov Fərrux Şöhrət oğlu və onun yeddi yaşlı oğlu xəsarət alıblar.

Yaralılar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq İsmayılova Sara Əsəd qızının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən şəxslər yaxınlarının nişan mərasimindən qayıdırmış.

RƏY BİLDİRİN