Şəmkirdə ağır qəza: 2 ölü, 4 yaralı

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

AutoCity.az-ın məlumatına görə, qəza Bakı - Qazax magistiral avtomobil yolunun 395-ci kilometrliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Elməddin Aslanov və 1987-ci il təvəllüdlü Əli Həsənov vəfat edib. 1998-ci il təvəllüdlü Anar Əsgərov, Fərid Mərdanov, Elvin Bayramov və 1998-ci il təvəllüdlü Şahin Ağalarov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya aparılıblar. 

Faktla bağlı araşdırma aparılır ("Report"). 

RƏY BİLDİRİN