"Mercedes" traktoru aşırdı - VİDEO

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AutoCity.az verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. 

Sürücü, Bərdə rayon sakini 1982-ci il təvəllüdlü Muradov Sənan Qabil oğlu idarə etdiyi “Mercedes” markalı avtomaşınla Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən onun qarşısında hərəkətdə olan Kürdəmir rayon sakini, 1996-cı il təvəllüdlü sürücü Dadaşov Bəymurad Sırac oğlunun idarə etdiyi traktora çırpılıb. Zərbənin gücündən traktor yoldan çıxaraq aşıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan traktorun sürücüsü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qəzaya səbəb “Mercedes” markalı nəqliyyat vasitəsinin sürətlə hərəkət etməsi göstərilir. Faktla bağlı araşdırma aparılır. 

RƏY BİLDİRİN