Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı - FOTO

Fevralın 20-də gecə saatlarında Gəncə şəhər Gülüstan qəsəbəsi ərazisindən, şəhər sakini T.Hacıyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AutoCity.az-a verilən məlumata görə, dərhal polis əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus avtomobili qaçıran şəxsin, əvvəllər məhkum olunmuş, Mingəçevir şəhər sakini Məhəmməd Abbasov olması müəyyən olunub. M. Abbasov şübhəli şəxs qismində tutulub, qaçırdığı “VAZ-2107” markalı avtomobil isə Mingəçevir şəhərində müəyyən edilərək maddi sübut qismində götürülüb. İlkin dindirilmə zamanı M. Abbasov nəqliyyat vasitəsini qaçırdığını və özü ilə gətirdiyi saxta dövlət qeydiyyat nişanını avtomobilə bağlayaraq Mingəçevir şəhərinə apardığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı- FOTO
  • Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı- FOTO
  • Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı- FOTO

RƏY BİLDİRİN