Bakıda sürücü idarəetməni itirdi, çırpıldığı maşını aşırdı - VİDEO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. AutoCity.az-ın məlumatına görə, qəza Mehdi Hüseyn küçəsində qeydə alınıb. Küçə ilə hərəkətdə olan "Mercedes” markalı minik maşınının sürücüsü Bağırov Elxan Ramil oğlu qəfil idarəetməni itirib. Nəticədə, yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış Muradov Hünər Razət oğluna məxsus VAZ-2104 markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən VAZ-2104 aşıb və yanacaq çəni zədələndiyindən ətrafa benzin dağılıb. Baş verə biləcək hadisənin qarşısını almaq məqsədilə dərhal əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yola dağılmış yanacaq yuyulub. Hadisənin təfərüatı araşdırılır (oxu.az).

RƏY BİLDİRİN