Yeni mövsümün Bakıda başlaması gerçəkləşir

"Formula 1" üzrə Monako Qran-prisi ləğv olunacaq.

AutoCity.az "Grand Prix 247" nəşrinə istinadən xəbər verir ki, "Formula 1" rəhbərliyi yarışın ləğv olunduğunu rəsmi olaraq elan edəcək.

Monako Qran-prisi Azərbaycan mərhələsindən əvvəl - mayın 22 - 24-də tutulub. Monakoda 3 nəfər koronavirus pandemiyasına yoluxub, restoranlar, kazinolar, kafelər, teatrlar, kinoteatrlar və gecə klubları bağlanıb.

Qeyd edək ki, daha öncə "Formula 1" rəhbərliyi Avstraliyadakı yarışı koronavirusa görə ləğv edib. Bəhreyn, Vyetnam və Çin Qran-priləri qeyri-müəyyən müddətə təxirə salınıb. İyunun 5 - 7-də isə Azərbaycan Qran-prisi təşkil olunmalıdır.

RƏY BİLDİRİN