Biləsuvarda qəza: Ölən var

Biləsuvar rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

AutoCity.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1980-ci il təvəllüdlü Allahyarov Elnur Rəsul oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

RƏY BİLDİRİN