Boksçu avtomobil qəzasında öldü - VİDEO

Ukraynalı boksçu Dmitri Lisovoy yol-nəqliyyat qəzasında dünyasını dəyişib.

AutoCity.az-ın yerli federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 17-də "Audi" kəsişməni keçmə qaydasını pozan "Daewoo"ya yüksək sürətlə çırpılıb. Nəticədə "Daewoo"nun 22 yaşlı sürücüsü və 24 yaşlı sərnişini yerindəcə keçinib. Ölənlərdən biri bu idmançı olub. "Audi"nin sürücüsü isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Dmitri Lisovoy Ukrayna çempionatlarında dəfələrlə medal qazanıb. O, 91 kq çəki dərəcəsində çıxış etmiş Lisovoy "Ukrayna atamanları" klubunun üzvü və məşhur boksçu Aleksandr Usikin sınaqçı rəqibi olub.

RƏY BİLDİRİN