Yük maşını piyadanı vurub öldürdü - VİDEO

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AutoCity.az-ın məlumatına görə, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 1963-cü il təvəllüdlü Kürdəmir rayon sakini Omarov Sahib Mütəllim oğlu "QAZ-53" markalı yük maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən naməlum piyadanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır ("Report").

RƏY BİLDİRİN