Minik və yük avtomobilləri toqquşdu

Göygöl rayonunda xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb.

AutoCity.az-ın məlumatına görə, Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonunun Nadil kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı minik avtomobili ilə "Ford" markalı yük maşını toqquşub.

Qəza nəticəsində, "Mercedes"də olan Kürdəmir rayon sakinləri - 1996-cı il təvəllüdlü Ələkbərov Beyrək Valeh oğlu və 1998-ci il təvəllüdlü Əliağa Zalıyev müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin kafi və orta-ağır olduğu bildirilir.

Qəza zamanı digər nəqliyyat vasitəsində də yüngül xəsarət alan olub. Ona isə hadisə yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb ("Report").

RƏY BİLDİRİN