Qran-prilərin sayı azaldılır

Bu mövsüm "Formula 1" üzrə 22 yox, 15 - 18 Qran-prinin keçirilməsi planlaşdırılıb.

AutoCity.az-ın məlumatına görə, bu barədə "Formula 1" şirkətinin icraçı direktoru Çeyz Keri açıqlama verib. O bildirib ki, mövsümün finalı 27 - 29 noyabrda yox, daha gec olacaq. Keri yay fasiləsindən yarış keçirmək üçün yararlanacaqlarını diqqətə çatdırıb. Şirkət rəhbəri təqvimdəki Qran-pri tarixlərinin hazırkından əhəmiyyətli dərəcədə fərqlənəcəyini əlavə edib.

Qeyd edək ki, 5 - 7 iyuna nəzərdə tutulmuş Azərbaycan Qran-prisinin təxirə salınmasından sonra "Formula 1" üzrə dünya çempionatının nə vaxt start götürəcəyi bilinmir.

RƏY BİLDİRİN