Maşından iki futbolçu oğurlandı

Nigeriyada iki peşəkar futbolçu oğurlanıb.

AutoCity.az-ın BBC-yə istinadən məlumatına görə, insident "Abia Komets"dən Bencamin İlayomed "Super İqlz"in təmsilçiləri Dayo Oco və Emmanuel Ceymslə birgə avtomobillə hərəkət etdikləri vaxt baş verib. Hücum nəticəsində İlayomed və Oco qaçırılıb, Ceyms isə qaça bilib.

Bu, 2019-cu ilin yanvarından Nigeriyada peşəkar futbolda ilk oğurluq halıdır. Həmin vaxt cinayətkarların qurbanı "Katsina Yunayted"in məşqçisi Abdullahi Biffo olub. Sonradan o, sərbəst buraxılıb.

Qeyd edək ki, hazırda Nigeriyada əksər ölkələrdəki kimi çempionat koronavirus pandemiyası səbəbindən dayandırılıb.

RƏY BİLDİRİN