​1 saniyədə baş verənlər

Və ya “Formula-1” mühərriklərinə dair bir neçə fakt

F-1 mühərrikləri standart mühərriklərdən həm də dövrlər sayına görə fərqlənir. Bu mühərrikdə boşuna gediş ("xolostoy xod") 7000 dövr/dəqiqə təşkil edir. Standart avtomobillərdə isə bu göstərici 700-900, maksimal dövrlər sayı 18 000-dir.

Bəs 18 000 dövr/dəqiqə tezliklə işləyən mühərrikdə 1 saniyədə nə baş verir?

Dirsəkli val 300 dövr edir

Klapanlar 150 dəfə açılıb bağlanır

Silindrlərə 300 litr yanıcı qarışıq daxil olur

Soyutma sistemindəki borularda 3 litr maye dövr edir

Yağlama kanallarından 1 litr yağ keçir.

Bir daha xatırladım ki, bunlar cəmi 1 saniyədə baş verir. Adi mühərrikdə bu proses 3 dəqiqə ərzində baş verir. Nəzərə alaq ki, F1 mühərrikində maksimum dövrdə (18000 d/d) dirsəkli valın boynuna 6000 kq yük düşür. Yəni KamAZ mühərrikindən daha çox. Porşen səthinə ani müddətdə (alışma taktında) düşən yük 7.5 tona çatır!

Bəs bu faktları sadalamaqda məqsədimiz nədir? F-1 avtomobillərinin mühərriki iş prinsipi etibarilə adi mühərriklərdən seçilməsə də, iş rejimi tamamilə fərqli və ağırdır. Başqa sözlə, F-1 mühərriki gündəlik həyatda, adi mühərrik də F-1 yürüşündə istifadə edilə bilməz.

RƏY BİLDİRİN