Yeni təkər layihəsi: Avanqard, yoxsa geriyə?

“Michelin” şirkəti yeni nəsil təkər layihələndirir.

AutoCity.az xəbər verir ki, sınaqları aparılan şinlər barədə müəssisə əməkdaşları kifayət qədər əminliklə danışırlar. Onların fikrincə, yeni şinlərdə hava olmadığı üçün partlama, boşalma və kəsilmə kimi neqativ hallar olmayacaq. Təkərlərin sınağı “General Motors” şirkəti ilə birgə aparılır. İnnovasiyanın 2024-cü ildən konveyerdən çıxacaq avtomobillərdə tətbiq edilməsi gözlənilir. Vəziyyət bu linkdəki videoda əks olunur.
https://www.youtube.com/watch?time_continue=1&v=VjiLzc9bD3Q

Bu öz yerində. AutoCity.az saytı olaraq nəqliyyatın təhlükəsizliyinə dair istənilən təşəbbüsü alqışlayırıq. Yol hərəkətinin təhlükəsizliyi heç vaxt fərdi olmayıb, sırf beynəlxalq məsələdir. Amma sözügedən layihənin yenilik kimi təqdim edilməsi bizdə bir qədər təəccüb doğurdu. Axı 1969-cu ildə Aya göndərilmiş sovet kosmik maşını “Lunoxod-1” oxşar təkərlərlə təchiz edilmişdi. O zaman da konstruktorların qarşısında duran başlıca məqsəd boşalmayan, deformasiyaya uğramayan təkər hazırlamaq idi. Həmin dövrdə mütəxəssislər bunu bacardılar. Lakin “Michelin”dən fərqli olaraq bu təkərlərin materialında titan üstünlük təşkil edirdi.

“Lunoxod-1”in təkərlərini bu linkdə görə bilərsiniz.

RƏY BİLDİRİN