Deputatlarla yol polisləri arasında qarşıdurma

Rusiyada yol polisi ilə qanunverici orqan arasında sürət rejimi ilə bağlı ziddiyyətlər dərinləşir. 

AutoCity.az xəbər verir ki, son 1 ildə Duma dəfələrlə yol polisinin təkliflərini geri qaytarıb. DİN 110 km/saat sürət limiti olan yollarda sürət həddinin 90 km/saat olmasını təklif etsə də, Duma bundan imtina edib. Deputatlar bildiriblər ki, belə bir təklif ölkəni 1970-ci illərə qaytarmaq anlamına gəlir və məqsəd sürücüləri “tələyə salmaqdır”.  

Polis eyni zamanda sürət həddini aşmağa görə cəza təyin edilməyən limitin 20 km/saatdan 3 km/saata endirilməsini də təklif edib. Deputatlar bu təklifi də rədd ediblər. Radarların sayına liomit tətbiq edilməsi də yol polisini narazı salıb. 

Hazırda Rusiyanın magistrallarında 90 km/saat və 110 km/saat sürət rejimi olan hissələr var. Nəzəri və praktik olaraq birincidə 110 km/saat, ikincidə isə 130 km/saat sürətlə cərimələnmədən hərəkət etmək mümkündür. 

Görünür, dahi Qoqolun XIX əsrdə dedikləri bu gün də aktuallığını itiriməyib. Böyük yazıçının fikrincə, Rusiyanın 2 bədbəxtliyi var: səfehlər və yollar. 

XX əsrdə isə rusların məşhur ifadəsi yaranıb: "Səfehə yol ver" ("Day doroqu duraku").

RƏY BİLDİRİN