BMW yeni M8-ləri təqdim etdi - FOTO - VİDEO

BMW yeni M8 modellərini təqdim edib.

AutoCity.az xəbər verir ki, yeni M8-in güc aqreqatı və transmissiyası BMW-nin M5 modelindən götürülüb. 4,4 litrlik V8 M TwinPower Turbo mühərriki 600 at gücü ilə təchiz olunub. Yeni M8-in sürətlər qutusu 8 pilləli "Steptronic"dir. M8-in kupesi 100 km/s-ə 3,3 saniyəyə, kabrioleti isə 3,4 saniyəyə yüksəlir. Competition versiyalar adi modellərə nisbətən 0,1 saniyə daha tez 100 km/s-ə çatır. Yeni modellərin maksimal sürəti 250 km/s olsa da, M Driver's versiyalarda bu rəqəm 305 km/s-dir.
Yeni amortizatorlarla təchiz olunan modelin sükanı M Servotronic sistemi ilə buraxılacaq. Yeni modeldə həmçinin əyləc sistemi vakumla deyil karbon-keramika ilə quraşdırılıb.

Avtomobilin təqdimatı sentyabr ayına planlaşdırılıb. Amerikan bazarı üçün bilinən qiymətlərə əsasən standart kupe 133 min dollara satışa çıxacaq. Almaniyanın özündə isə  bu rəqəm 180 min avro olacaq.

  • BMW yeni M8-ləri təqdim etdi- FOTO - VİDEO
  • BMW yeni M8-ləri təqdim etdi- FOTO - VİDEO
  • BMW yeni M8-ləri təqdim etdi- FOTO - VİDEO
  • BMW yeni M8-ləri təqdim etdi- FOTO - VİDEO

RƏY BİLDİRİN