Azərbaycanda avtomobil almaq istəyənlər hara müraciət edir? – SORĞU

Azərbaycanda avtomobil satmaq istəyənlər indi daha çox saytlarda elan verirlər. AutoCity.az xəbər verir ki, alıcılar isə avtomobil satış bazarlarına və maklerlərə üz tutmaqdansa, elə elan saytlarını izləməyə üstünlük verirlər.

Bunu internetdə və şəhər sakinləri arasında aparılan sorğular da təsdiqləyir:

Çörəyi vasitəçilikdən çıxan maklerlər də zəmanənin nəbzini tutaraq maşın bazarlarında günlərini keçirməkdənsə keçiblər internet üzərindən işləməyə.

Çünki, saytlarda sərfəli təklif yerləşdirilərkən həmin elanı ilk görən və satıcı ilə ilk əlaqə saxlayan şəxs uduşda olur.

Bugün Azərbaycanda məhz avtomobil alqı satqısı üzrə ixtisaslaşmış 20-dən artıq internet sayt fəaliyyət göstərir. Onlardan bir neçəsi isə kifayyət qədər populyardır və alıcılar daima həmin saytları yeniləyirlər.

Avtomobil elanları saytlarını araşdırarkən bütün elanları emal edən bir mobil tətbiq də rastımıza çıxdı. SKAT.AZ adlanan bu tətbiq elanları filtrdən keçirərək yalnız lazım olanları mobil telefona göndərir. Görünən odu ki, bu mobil tətbiqdə axtarış üzrə sifariş verəndən sonra saytları daima refresh eləməyə ehtiyac qalmır.

Deməli, Android ya iOS sistemi olan smartfonlarda yüklənən SKAT.AZ tətbiqində lazım olan brend, model, il, qiymət diapazonunu qeyd edirsiz və avtomobil elanı saytlarında sizin qeyd etdiyiniz parametrlərə uyğun elan yerləşdirilən kimi bu barədə telefonunuzun ekranında bildiriş gəlir. Bildirişdə sizin sifarişiniz üzrə ilkin məlumatlar əks olunur. Daha ətraflı məlumatları linklə keçid edərək həmin saytdan əldə edirsiz.

Belə görünür ki, texnologiyanın inkişafı ilə bir çox peşələr sıradan çıxdığı kimi belə proqramların yayılması ilə maklerlərə də artıq ehtiyac qalmayacaq.

RƏY BİLDİRİN