Ən yüksək qazanclı "Formula 1" pilotları - SİYAHI

"Formula 1" pilotlarının indiyədək əldə etdikləri ən yüksək gəlirlərin həcmi müəyyənləşib. 

AutoCity.az qeyri-rəsmi məlumatlara əsasən xəbər verir ki, ikiqat dünya çempionu Fernando Alonso "Ferrari"də çıxış etdiyi vaxt - 2010 - 2012-ci illərdə hər mövsümünə 30 - 35 milyon dollar qazanıb. 

"Ferrari"nin hazırkı pilotu Sebastyan Fettel 2018-ci ildən hər mövsümünə 45 milyon dollar əldə edir. 

"Ferrari"nin sabiq pilotu Kimi Raykkonen 2007-ci ildə bir mövsümə 50 milyon dollara sahib olub.

Eyni məbləğə Mixael Şumaxer 2006-cı ildə elə "ferrari"də çıxış etdiyi vaxt sahib çıxıb. 

"Mercedes" pilotu, 5 qat dünya çempionu Lüis Hemilton bu ildən 57 milyon dollar qazanır.

RƏY BİLDİRİN