Haqqımızda

Autocity.az - İdman Araşdırmalar Mərkəzinin növbəti layihəsidir və avtomobil həvəskarları üçün nəzərdə tutulub. Saytda avtomobil idmanı ("Formula 1", ralli, kartinq, motosiklet) ilə yanaşı, yol hərəkəti qaydaları və qəzalarından bəhs edən gündəlik operativ xəbərlər, müvafiq idman növləri və hadisələr üzrə multimedia materialları (fotosessiya, videolar), araşdırmalar, geniş təhlil və reportajlara yer verilir. Eyni zamanda saytın öz əməkdaşları və mütəxəssislərin fikirləri üçün bloqların yaradılıb.

Autocity.az saytında Avtomobil satışı distribüterləri, maşın bazarları, ehtiyat hissələrinin satış mağazaları və digər obyektlərdən reportajlar, yerli və dünya avtomobil bazarındakı vəziyyətin öyrənilməsi, təhlili aparılır, məşhurlardan müsahibələr götürülür. Sürücülük vəsiqəsi almaq istəyənlər üçün test materialları, avtomobil satışına dair reklam və elanlara da saytda yer veriləcək.

Autocity.az - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil İdmanı Federasiyası, Azərbaycan Motosiklet İdmanı Federasiyası, "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti kimi qurumlarla sıx əməkdaşlıq şəraitində çalışacaq.

Məqsəd

Azərbaycanda avtomobil idmanı üzrə yarışları təbliğ etməklə, bu sahədə yerli idmançıların yetişməsinə dəstək olmaq, ən azı 2023-cü ilədək təşkil olunacaq "Formula 1" üzrə Azərbaycan Qran-prisini geniş işıqlandırmaq, retro və yeni avtomobil sərgiləri, yürüşlərindən reportajlar hazırlamaq, yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işləri aparmaq, Azərbaycanın avtomobil mühitindəki nöqsan və çatışmazlıqları üzə çıxarmaq, alqı-satqı elan və reklamlarına yer verməklə, saytı kommersiya platformasına çevirməkdir. 

Təsisçi: İdman Araşdırmalar Mərkəzi

Baş redaktor: Elşən MƏMMƏDOV

Redaktorlar: Elgün ASLANOV, Şamo QULİYEV, Nara KAZIMOVA.